SOCAR-ın maşını qəzaya düşdü - 1 ölü, 2 yaralı

SOCAR-ın maşını qəzaya düşdü - 1 ölü, 2 yaralı

SOCAR-ın maşını qəzaya düşdü - 1 ölü, 2 yaralı

SOCAR-ın Təhlükəsizlik İdarəsinin neft kəmərlərini mühafizə edən 90 AR 644 dövlət nömrə nişanlı “Mitsubishi” markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Cars-az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər saat 7 radələrində Böyükşor-Sumqayıt kəmərinin 10-cu kilometrində xəttin 70 metrliyində idarəetməni itirən “Mitsubishi” qarşıdakı avtomobilin qoşqusuna çırpılıb. Qəza nəticəsində sürücü Məlikli Mətləb Abdulla oğlu hadisə yerində keçinib, atıcılar Sadıqov Sakit Babat oğlu və Məmmədov Rəşad Fazil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top