04.11.2015
Qəzalar
Biləsuvarda ağır qəza: ölən var
Biləsuvar rayonunda ağır yol qəzası baş verib. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 18-də saat 17 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində kənd sakini Hüseynəli Nurəliyevin idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini İlham İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub və nəticədə H.Nurəliyev hadisə yerində ölüb.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.
Fidan