Məktəbdən çıxan şagirdi avtomobil vurdu

Məktəbdən çıxan şagirdi avtomobil vurdu

İmişli rayonunda 7 yaşlı məktəblini avtomobil vurub. Cars-az "report"a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qaralar kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 2008-ci il təvəllüdlü Qanı Etibar oğlu Qasımov məktəbdən evə gedərkən yolda onu avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Qanı Qasımov sürücü və müəllimlərin köməyi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağa ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top