04.11.2015
Qəzalar
Avtovağzalın rəhbəri işdən çıxarıldı
Bakı Beynəlxalq Avtovağzalında kadr dəyişikliyi baş verib. Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib. N. Həsənovun sözlərinə görə, avtovağzalın rəhbəri Qasım Qasımov tutduğu vəzifədən azad olunub. Onun yerinə bu vəzifəyə Seymur Aslanov təyin olunub.