İki maşın toqquşdu - Sürücü yaralandı

İki maşın toqquşdu - Sürücü yaralandı

Abşeron rayonunda “Opel” və “Ford” markalı 2 minik avtomobili toqquşub. Cars-az FHN-ə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Opel” markalı minik avtomobilinin sürücüsünün ayaqları sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təvil veriblər.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top