04.11.2015
Qəzalar
Bank maşını piyadanı vurub öldürdü
Bakıda yol qəzasına düşən piyada vəfat edib. Cars-az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 8-də saat 17:30 radələrində Mərdəkan – Bakı yolunda Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Zahid Məmmədov idarə etdiyi, banka məxsus “Toyota Camry” markalı avtomobillə 1972-ci il təvəllüdlü Ədalət Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən Ə.Hüseynov sentyabrın 15-də orada ölüb. Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır.
Fidan