04.11.2015
Qəzalar
"06" "KamAZ"-ın altına girdi, ölən var
Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, sentyabrın 15-də saat 18 radələrində Qusar rayonunun Yasab kəndində kənd sakini Hacıbəy Qayınbəyovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Taleh Məcidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə H.Qayınbəyov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, Qusar RPŞ tərəfindən araşdırma aparılır.