04.11.2015
Qəzalar
Mikroavtobus yük maşını ilə toqquşdu: 1 ölü, 1 yaralı
Qaradağda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Ələt qəsəbəsində Qazax rayon sakini Bilal Mustafayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Hacıqabul rayon sakini Cavid Zərbalının idarə etdiyi “MAN” markalı yük avtomobili toqquşub. Nəticədə B.Mustafayevin sərnişinlərindən Bakı şəhər sakini Cahangir Cahangirov hadisə yerində ölmüş, digər sərnişini isə xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.
Fidan