Türkiyəli müğənni qəzaya düşdü

Türkiyəli müğənni qəzaya düşdü

Türkiyədə “Ankaralı Namiq” adıyla tanınan sənətçi Namiq Uğurlu qəzaya düşüb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənninin “06 FB 4007” nömrəli avtomobili Çankırı ərazisində qayaya çırpılıb. Hadisə zamanı sənətçinin yanında həyat yoldaşı Nebaha Uğurlu da olub. Ağır yaralanan cütlük Şabanözü Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, qəzada yaralanan hər iki şəxsin vəziyyəti ağırdır.

Dostlarınla paylaş


Şərhlər


Top