04.11.2015
Qəzalar
Siyəzəndə qəza: 1 ölü, 3 yaralı
Siyəzən rayonunun Sadan kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, rayon sakini Cəmşid Manafov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə C.Manafovun sərnişinlərindən Məşrif kənd sakini Gülnarə Əliyeva hadisə yerində ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Siyəzən rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Cavid