04.11.2015
Qəzalar
Sumqayıtda avtomobil yanıb, bir nəfər xəsarət alıb
Sumqayıt şəhərində vətəndaşa məxsus minik avtomobilinin salonu, mühərrik hissəsi və digər vətəndaşa məxsus minik avtomobilinin arxa hissəsi qismən yanıb. Cars-az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər yüngül yanıq xəsarəti alıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqda yerləşən digər avtomobillər yanğından mühafizə olunub.