04.11.2015
Qəzalar
Gəncədə teplovoz yandı
Gəncədə yanğın hadisəsi qeydə alınıb. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Kəpəz rayonunda “Azərbaycan Dəmir Yol” QSC məxsus TM-2 markalı teplovozun mühərrik hissəsi yanıb. Teplovozun qalan hissəsi və ona qoşulmuş 6 ədəd içərisində neft məhsulu olan çənlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cavid