Şəhərdə hərəkət dondu

Şəhərdə hərəkət dondu

Cars-az regiontv-yə istinadən xəbər verir ki, bu gün saat 16:00 radələrində “Neon” un fabrikinə məxsus taxıl saxlanılan bunkerdə cırılma hadisəsi baş verib. Nəticədə bunkerdə olan buğda yola dağılıb.

Nəticədə Əziz Əliyev prospektinin həmin ərazisində avtomobillərin hərəkəti tam məhdudlaşıb. Hazırda traktorla buğdanın yığımı aparılır. Qəza nəticəsində fabrikin hasarı uçub, 2 ədəd gecə işıqlandırma dirəyi aşıb, qaz xətti zədələnib və elekrtik naqilləri sıradan çıxıb.

Dostlarınla paylaş


Şərhlər


Top