04.11.2015
Qəzalar
Bakı-Şamaxı yolunda qəza: yaralı var
Bakı-Şamaxı yolunda yol qəzası baş verib. Cars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı yolunun 112-ci kilometrliyində vətəndaşa məxsus "Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alıb. Sərnişin yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.