04.11.2015
Qəzalar
İki qadını maşın vurdu; biri yolda öldü
Bakıda ağır qəza törədən sürücü saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Cars-az-a verilən məlumata görə, aprelin 25-də saat 23:20 radələrində Neftçilər prospektində naməlum sürücü idarə etdiyi “Hyundai-Elantra” markal avtomobillə Bakı şəhər sakinləri - Esmira Məmmədova və Leyla İsmayılovanı vurub. Esmira Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1986-cı il təvəllüdlü Xəqani Həsən oğlu Qəribov tutulub.
Nurlan