Türkiyədə ağır qəza: 50 yaralı

Türkiyədə ağır qəza: 50 yaralı

Türkiyənin Sivas vilayətində sərnişin avtobusunun aşması nəticəsində 50 nəfər xəsarət alıb. Cars-az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəsarət alanların çoxu Türkiyənin ali məktəblərindən birinin tələbələridir.

Onların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Xəsarət alanların vəziyyəti stabil qiymətləndirilir.

Yol qəzası faktı üzrə cinayət işi açılıb.

Dostlarınla paylaş


Şərhlər


Top