20.03.2016
Qəzalar
Şamaxıda yük maşını aşıb: iki nəfər xəsarət alıb
Şamaxı rayonu ərazisində “Mercedes” markalı yük avtomobili idarəetməni itirərək aşıb. Сars-az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 134-cü kilometrliyində qeydə alınıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.
Fidan