İspaniyada qəza - 14 tələbə öldü

İspaniyada qəza - 14 tələbə öldü

İspaniyanın Tarragona şəhəri yaxınlığında Erasmus şagirdlərini daşıyan avtobus ilə avtomobil toqquşub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 14 tələbə dünyasını dəyişib, xeyli sayda yaralı var. Məlumata görə zərərçəkənlər arasında türk tələbələr də var. Bildirilir ki, Valensiyadan Barselonaya gedən avtobusda 56 sərnişin olub və onlar “Las Fallas” festivalından qayıdırmışlar.

Dostlarınla paylaş


Şərhlər


Top