Daha bir təyyarə qəzası - 13 nəfər həlak oldu

Daha bir təyyarə qəzası - 13 nəfər həlak oldu

Daha bir təyyarə qəzası - 13 nəfər həlak oldu

Daha bir dəhşətli təyyarə qəzası baş verib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyanın mərkəzi hissəsində yerləşən Sulavesi adasında 13 hərbçini daşıyan vertolyot qəzaya uğrayıb. İlkin məlumata görə, sərnişinlərin hamısı həlak olub. Digər mənbələr isə 10 nəfərin həlak olduğunu, 1 nəfərin ağır yaralı, qalan 2 nəfərin isə itkin düşdüyünu iddia edir. Hazırda hadisənin səbəbləri araşdırılır. İrəli sürülən ilkin ehtimala görə, faciəyə səbəb pis hava şəraiti olub. Bundan əlavə, vertolyotun düşdüyü bölgədə islamçı yaraqlılar ölkə hökumətinə qarşı mübarizə aparırlar.

Dostlarınla paylaş


Şərhlər


Top