Sərnişin avtobusu dərəyə aşdı: 23 nəfər öldü

Sərnişin avtobusu dərəyə aşdı: 23 nəfər öldü

Sərnişin avtobusu dərəyə aşdı: 23 nəfər öldü

Hindistanda sərnişin avtobusu dərəyə aşıb. APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, hadisə bu gün Cammu və Kəşmir vilayətində baş verib. Nəqliyyat vasitəsi yoldan çıxaraq 60 metr hündürlükdən dərəyə aşıb. Hadisə nəticəsində 23 nəfər ölüb, 35-dən çox sərnişin xəsarət alıb. Xəsarət alanlardan 6-sı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top