04.11.2015
Qəzalar
70 yaşlı qadını maşın vurdu
Mayın 9-da axşam saatlarında Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Cars-az report-a istinadən xəbər verir ki, qəza Ozan küçəsində qeydə alınıb. İlham Səmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən şəhər sakini, 70 yaşlı Səmayə Mehdiyevanı vurub. Ağır bədən xəsarətləri alan qadın dərhal Gəncə şəhər TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağrdır. Faktla bağlı şəhər Baş Polis İdarəsində araşdırma aparılır.