Gədəbəydə ağır qəza: 3 yaralı

Gədəbəydə ağır qəza: 3 yaralı

Gədəbəydə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 9-da saat 11.00 radələrində rayonun Söyüdlü kəndi ərazisində qeydə alınıb. Kənd sakinlərinin idarə etdikləri iki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində sürücülər və bir sərnişin xəsarət alıb və Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top