04.11.2015
Qəzalar
Motoskleti ilə toqquşan adamı döyüb öldürdü
Cars-az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tailandda motoskleti ilə toqquşan şəxsi vəhşicəsinə döyən sürücü kameralara görüntülənib. Qəzəbli sürücü yerdə köməksiz vəziyyətdə uzanan şəxsə ard-arda təpik zərbələri endirib. Zərbələrin gücündən başı motoskletin metal pedalına dəyən şəxs tamamilə huşunu itirib.
Lakin bununla da hirsi soyumayan sürücü güclü təpik zərbələrini davam etdirib. Nəticədə həmin şəxs elə hadisə yerindəcə dünyasını dəyişib.