İsmayıllıda üç maşın toqquşdu

İsmayıllıda üç maşın toqquşdu

Cars-az regiontv-yə istinadən xəbər verir ki, İsmayıllıda üç avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib. Mirzəyev Murad Qulammirzə oğlu 10-NU-548 dövlət nömrə nişanlı "Mercedes"lə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə yol kənarındakı səkiyə çırpılıb. Daha sonra Babayev Elçin Vidadi oğluna məxsus 90-MH-417 dövlət nömrə nişanlı "VAZ 2107" və Zülfiqarov İmran Füzuli oğluna məxsus 31-BB-674 dövlət nömrə nişanlı "VAZ 2106"ya dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə xeyli ziyan dəyib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top