Səfirliyin maşını qəzaya düşdü

Səfirliyin maşını qəzaya düşdü

Bakıda Norveç səfirliyinin əməkdaşı qəzaya düşüb. Cars-az-ın "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Çobanzadə küçəsində baş verib. Hacıqabul rayon sakini 1981-ci il təvəllüdlü Əzizağa Fərəcov idarə etdiyi «Mercedes» markalı, 64 BB 363 nömrəli avtomobillə hərəkətdə olan Norveç səfirliyinə məxsus Bakı sakini 1957-ci il təvəllüdlü Aydın Nurəhmədovun idarə etdiyi «Prado» markalı, D 02408 nömrəli avtomobili ötmək istəyərkən vurub.

Hər iki avtomobil ciddi zərər görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top