Üç piyadanı maşın vurub: ölən var

Üç piyadanı maşın vurub: ölən var

Cars-az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən apa-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. 1963-cü il təvəllüdlü Yolağa Ağamalıyev idarə etdiyi “VAZ-2106” markalı maşınla yolu keçən piyadalar - 1969-cu il təvəllüdlü Nahidə Cabbarovanı, 1991-ci il təvəllüdlü Gülbahar Cabbarovanı və 1981-ci il təvəllüdlü Əzizə Hüseynovanı vurub. Nəticədə N.Cabbarova dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top