Yol qəzasına düşən nəvə öldü

Yol qəzasına düşən nəvə öldü

Xırdalanda nənəsi ilə birgə yol-nəqliyyat hadisəsi zamanı yaralanmış azyaşlı nəvə xəstəxanada dünyasını dəyişib. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 26-da Xırdalan şəhərində Bakı şəhər sakini Qurban Maqsudov idarə etdiyi “VAZ-2108” markalı avtomobillə yolu keçən həmyerliləri Bikə Mehdiyevanı və onun nəvəsi Orxan Mehdiyevi vurub.

Qəza nəticəsində piyadalar xəstəxanaya yerləşdiriliblər. O.Mehdiyev aprelin 30-da orada ölüb.

Abşeron rayon Polis İdarəsinin tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top