04.11.2015
Qəzalar
Səbaildə ağır yol qəzası: 1 ölü, 1 yaralı
Bakının Səbail rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə Salyan şossesində qeydə alınıb.
Bakı şəhər sakini Musa Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış Ağdam rayon sakini Gürşad Balakişiyevə məxsus “QAZ-24” markalı avtomobilə vurub.
Nəticədə Musa Həsənovun sərnişini - 25-30 yaşlı qadın hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.