04.11.2015
Qəzalar
Bakı-Şamaxı yolunda qəza: bir ailənin üç üzvü yaralandı
Bakı-Şamaxı yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Cars-az apa-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 13-də yolun 86-cı km-liyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Şəmkir rayon sakini Vüsal Muradovun idarə etdiyi "Hyundai Elantra" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Vüsal Muradov, həyat yoldaşı 1991-ci il təvəllüdlü Gülnar Həsənova və 4 yaşlı övladı Sadiq Muradov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.