Avtomobil aşdı: iki nəfər yaralandı

Avtomobil aşdı: iki nəfər yaralandı

Bu gecə İmişli rayonunun Telişli kəndi ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Cars-az report-a istinadən xəbər verir ki, hələlik adı məlum olmayan Kürdəmir rayon sakini "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Maşın yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin - İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Elçin Rasəddin oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü Kürdəmir, sərnişin isə İmişli rayon Mərkəzi Xəstəxanalarına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top