04.11.2015
Qəzalar
Salyanda gecə vaxtı piyadanı vurub öldürdülər
Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən trend-ə verilən məlumata görə, avqustun 25-də saat 01 radələrində Salyan rayonunun Qaraçala kəndində Şirvan şəhər sakini Vaqif Səfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Elvin Abışovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.