"Qazel” aşdı: ata və oğul ağır yaralandı

"Qazel” aşdı: ata və oğul ağır yaralandı

"Qazel” aşdı: ata və oğul ağır yaralandı

Bu gün axşam saatlarında Şabran rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Şabran-Pirəmsəm yolunda qeydə alınıb. “Qazel” markalı yük maşını idarəetməni itirərək aşıb. Qəza nəticəsində Şabran rayon sakinləri ata və oğul 1963-cü il təvəllüdlü Haşımov Yusifəli Yaqub oğlu və Xəqani Haşımov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər ikisi Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top