04.11.2015
Qəzalar
Bakıda yol qəzası baş verib: 3 nəfər xəsarət alıb
Bakıda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Cars-az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 23-də saat 22 radələrində Nəsimi rayonunun Ə.Salamzadə küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Elçin Abdullayevin idarə etdiyi "VAZ-21099" markalı avtomobil toqquşub. E.Abdullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri aparılır.