Sabirabad və Saatlıda ölümlə nəticələnən qəzalar

Sabirabad və Saatlıda ölümlə nəticələnən qəzalar

Sabirabad və Saatlıda ölümlə nəticələnən qəzalar

Sabirabad rayonunun Şəhriyar kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Cars-az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kənd sakini Həsən Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolayrıcısına vurub. Nəticədə sürücü və sərnişini, həmkəndlisi Asif İsayev xəstəxanaya yerləşdirilib, A.İsayev orada ölüb.

Aprelin 20-də saat 02 radələrində Saatlı rayonunun Dədə Qorqud kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Atabala Allahyarov vurulub. Xəstəxanaya yerləşdirilmiş A.Allahyarov orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top