04.11.2015
Qəzalar
Sürücülər qəza törətdi: 1 ölü
Astara rayonunda iki maşının toqquşması nəticəsində sərnişin ölüb. Cars-az xəbər verir ki, bu barədə DİN-dən verilən məlumata görə, hadisə aprelin 18-də saat 18 radələrində Maşxan kəndində baş verib. Ərçivan qəsəbə sakini Məhəbbət Şəfəqqətovun idarə etdiyi “VAZ-21074” və Lənkəran rayon sakini Ülvi Əmrovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə Ü.Əmirovun sərnişini, Salyan rayon sakini Teymur Paşayev hadisə yerində ölüb. Astara RPŞ tərəfindən araşdırma aparılır.
Nurlan