«Renault»dan yola lövhə düşdü; «Prado» aşdı

«Renault»dan yola lövhə düşdü; «Prado» aşdı

«Renault»dan yola lövhə düşdü; «Prado» aşdı

Xızı rayonunda ölümlə nəticələnən yol qəzası olub. DİN-dən Cars-az-a verilən məlumata görə, hadisə aprelin 18-də saat 21 radələrində Yaşma qəsəbəsində baş verib. Rusiya Federasiyası vətəndaşı Maqomedkamil Musayevin idarə etdiyi “Renault” markalı yük avtomobilindən metal lövhə yolun hərəkət hissəsinə düşüb. Bu səbəbdən eyni istiqamətdə hərəkətdə olan Sumqayıt şəhər sakini İbrahim Zamanov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə İ.Zamanov hadisə yerində ölüb, sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. BDYPİ tərəfindən araşdırma aparılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top