04.11.2015
Qəzalar
Dəliməmmədli kəndində maşın aşdı
Goranboy rayonunda avtomobil aşıb. Cars-az-ın Kəpəz TV-ə istinadən məlumatına görə, hadisə axşam saat 19 radələrində rayonun Dəliməmmədli qəsəbəsi ərazisində baş verib. Qəza nəticəsində Goranboy rayon sakini 22 yaşlı Sərxan Abbasov xəsarət alıb. Yaralı yaxınlarının köməyi ilə dərhal Gəncə şəhər TTYX- nın travmatalogiya şöbəsinə çatdırılıb. Yaralıya dərhal lazımı tibbi yardım göstəriblər. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir. Faktla bağlı araşdırmalara başlanılıb.