17.11.2015
Qəzalar
Rusiya səfirliyinin 3-cü katibi qəzaya düşdü
Bakıda Rusiya səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb. Cars-az lent.az-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Bakıdakı səfirliyinin 3-cü katibi Volf Sergey Vladimiroviçin idarə etdiyi "Nissan"la 1989-cu il təvəllüdlü Mahir Xəlilovun sürdüyü "Ford" toqquşub. Nəticədə hər iki avtomobil yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.