17.11.2015
Qəzalar
Heydər Əliyev prospektində iki qadın vuruldu: biri öldü
Bakının ən böyük prospekti olan Heydər Əliyev prospektində piyadalar vurulub. Cars-az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 16-da saat 12 radələrində paytaxtın Nizami rayonu H.Əliyev prospektində Bakı şəhər sakini Mahir Mehrəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Kəmalə Alıyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Oxşar hadisə saat 18 radələrində də baş verib. Nizami rayonu H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Gülnar Abdullayeva vurulub. G.Abdullayevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.