17.11.2015
Qəzalar
İmişlidə pambıqyığan traktor yandı
İmişli rayonunda yanğın baş verib. Cars-az FHN-in saytına istinadən xəbər verir ki, Hacırüstəmli kəndində “Case” markalı pambıqyığan traktorun yanar hissələri və içərisinə yığılmış 300 kq pambıq yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.