17.11.2015
Qəzalar
Motosikl "Chevrolet" ilə toqquşdu: 2 yaralı
Cars-az kəpəztv-yə xəbər verir ki, Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Museyib Bağırov küçəsində, Gəncə Telekommunikasiya İdarəsinin yaxınlığında Fəqani Hüseynovun idarə etdiyi motosikletlə Ruslan Museyibovun sükanı arxasında olduğu "Chevrolet Aveo" markalı maşın toqquşub. Nəticədə motosiklet aşıb və onun yük yerində olan sürücünün həyat yoldaşı - 43 yaşlı Səlmayə Hüseynova ağır xəsarət alıb. Fəqani Hüseynov isə yüngül xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.