24.02.2016
Qəzalar
"Qəzada yaralananlar arasında vəziyyəti ağır olan yoxdur" - Baş həkim
"Bakıda baş verən avtobus qəzası ilə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən yaralılara hazırda həkimlər yardım göstərir. Yaralıların əksəriyyətinin diaqnozu travmalardır". Сars-az xəbər verir ki, bu barədə "report"a xəstəxananın baş həkimi Fikrət Zeynalov deyib.
Onun sözlərinə görə, qəzada yaralanan qadın və kişi sərnişinlərin arasında vəziyyəti ağır olan yoxdur.
Qeyd edək ki, avtobus qəzası Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.