23.02.2016
Qəzalar
Gəncədə "07" aşdı
Gəncədə yol qəzası baş verib. Сars-az kəpəztv-yə istinadən xəbər verir ki, şəhərin Bakı istiqamətində girişində "VAZ 2107" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı səkiyə çırpılıb. Zərbənin təsirindən avtomobil aşıb.
Xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.