23.02.2016
Qəzalar
Daha bir eskalator faciəsi - 5 nəfər yaralanıb
Çində tez-tez baş verən eskalator nasazlığı üzündən insanların yaralanmasına və hətta həyatını itirməsinə daha biri əlavə olunub. Сars-az atv.az-a istinadən xəbər verir ki, bu dəfə hər şey alış-veriş mərkəzində yaşanıb. Üst mərtəbəyə çıxmaq istəyən bir qrup eskalatorun üstünə çıxıb. Lakin naməlum səbəblər üzündən özü yeriyən pilləkənlər yuxarıya deyil, qəfildən aşağı doğru hərəkət etməyə başlayıb. Yaranan sıxlıq isə insanların bir-birini tapdalaması ilə nəticələnib. Məlumatlara görə, 1-i ağır olmaqla 5 nəfər yaralanıb.