Bakıda avtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var

Bakıda avtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var

Bakıda avtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var

Bakıda sərnişin avtobusu qəzaya düşüb. Сars-az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

Dostlarınla paylaş


Şərhlər


Top