24.03.2016
Qəzalar
"Prado" mağazaya girdi
Sumqayıtda yol nəqliyyat hadisəsi qeydə alınıb. 18-ci mikrorayon General Məhəmməd Əsədov küçəsi ilə Daş bazarına tərəf hərəkət edən yanacaq daşıyan avtomobil piyada keçidində dayananda arxadan gələn "Prado" markalı avtomobil qəza törədib. Ağ rəngli "Prado" sürətini saxlaya bilməyərək yoldan çıxaraq o biri yoldakı mağazaya girib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və obyektə ciddi ziyan dəyib.
xeberle.com