23.03.2016
Qəzalar
Lənkəranda yol qəzası baş verib
Lənkəranda yol qəzası baş verib. Сars-az xəbər verir ki, bu barədə apa-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 10.00 radələrində Lənkəran-Boradigah şosesində qeydə alınıb. 1995-ci il təvəllüdlü Murad Maqsud oğlu Bağırovun idarə etdiyi “Niva” markalı, 99 AK 725 dövlət nömrə nişanlı avtomobil rayonun Separadi kənd sakini 1974-cü il təvəllüdlü Qorxmaz Əyyar oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı 42 BN 187 dövlət nömrə nişanlı maşınla toqquşub.
Nəticədə “VAZ-2107”nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.