Tovuzda avtomobil qaçıran şəxs tutulub

Tovuzda avtomobil qaçıran şəxs tutulub

Tovuzda həmyerlisinin avtomobilini qaçıran şəxs saxlanılıb. Сars-az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz şəhər sakini, Qara Müstəcəb oğlu İsgəndərov polisə müraciət edərək ona məxsus “VAZ-2106” markalı, 14 BA 308 dövlət nömrə nişanlı avtomobilin qaçırıldığını bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Qovlar sakini Röyal Musayev saxlanılıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top