Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 "Mercedes"in önünə çıxdı, əzildi: 2 yaralı

"Mercedes"in önünə çıxdı, əzildi: 2 yaralı

"Mercedes"in önünə çıxdı, əzildi: 2 yaralı

"Mercedes"in önünə çıxdı, əzildi: 2 yaralı

Göygöldə 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Cars-az regiontv-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində qeydə alınıb. 39 yaşlı Kəlbəcər sakini Niyaməddin Verdiyevin idarə etdiyi “Mercedes” markalı maşınla onun həmyerlisi 44 yaşlı İqbal Bayramova məxsus “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ”ın sürücüsü və sərnişini - atası Əhliman Bayramov xəsarət alıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, hadisəyə “VAZ”ın dönmə əməliyyatını düzgün yerinə yetirməyərək “Mercedes”in yoluna çıxması səbəb olub. Faktla bağlı Göygöl polisi araşdırma aparır.

Dostlarınla paylaş


Şərhlər


Top