04.11.2015
Qəzalar
«Mersedes»lə «07» toqquşdu; maşınlar bu hala düşdü - ölən var
Yevlax-Bəhramtəpə magistralının Bərdənin Cəyirli kəndindən keçən hissəsində ağır yol qəzası baş verib. Cars-az-ın anspress-ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində «VAZ-2107» markalı avtomobil qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub. Zərbə nəticəsində «VAZ-2107»nin sürücüsü, 57 yaşlı Qənimət Mayılov hadisə yerindəcə dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və potoloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Hazırda baş vermiş faktla bağlı hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır. Hadisənin başvermə səbəbi də araşdırmalardan sonra məlum olacaq.